Əliağa Şıxlinski döyüş meydanlarında göstərdiyi şücaətlər sayəsində hərb tarixinə parlaq səhifələr yazıb
Bakı, 17 mart, Məhərrəm Əlioğlu, AZƏRTAC
Martın 17-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) əfsanəvi general Əliağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il noyabrın 20-də general Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladığını deyib.
Bildirilib ki, XX əsrin əvvəlində geniş miqyaslı hərbi əməliyyatların iştirakçısı olmuş görkəmli hərbi xadim, general-leytenant Əliağa Şıxlinski döyüş meydanlarında göstərdiyi şücaətlər və artilleriya nəzəriyyəsinə gətirdiyi yeniliklər sayəsində hərb tarixinə parlaq səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən Ə.Şıxlinski milli hərbi hissələrin təşkilində, müstəqil ordu yaradılmasında müstəsna fəaliyyət göstərib. O, sonrakı dövrdə də öz hərbi andına sadiq qalaraq ölkəmizin silahlı qüvvələrinin formalaşmasına sanballı töhfələr verib.
Tədbir çərçivəsində Azərbaycanda və xaricdə hərbi mövzularda çəkdiyi əsərləri ilə tanınan Azərbaycan rəssamı Əmirxan Nuarın dünya və Vətən artilleriyasının tarixində silinməz iz qoymuş görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin döyüş yoluna həsr edilən “Əliağa Şıxlinski Port-Arturda” adlı əsərinin, habelə sonuncu Qarabağ savaşında ordumuzun kütləvi qəhrəmanlığını əks etdirən “Briqada” adlı videoçarxın tanıtım mərasimi də keçirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05