Bakı, 17 mart, AZƏRTAC
“Unibank” müştərilərinə fərqli Novruz kampaniyası təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, martın 19-dan 22-dək  Albalı və Albalı Plus kartı ilə alış-veriş edən müştərilərə 1 taksit də “Unibank”dan hədiyyə olunacaq.
Bank bayramı xarici ölkələrdə keçirmək istəyənlərə də möhtəşəm bayram həyəcanı yaşadacaq. Albalı Plus kartları ilə alış-veriş zamanı sms taksit xidmətindən əlavə 1 taksit kart sahiblərinə hədiyyə ediləcək.
“Unibank” müştərilərinin ehtiyac və arzularını  bir məhsulda -  ALBALI PLUS  kartında birləşdirib. Artıq bank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS  beynəlxalq  kart olmaqla yanaşı, dörd  bank məhsulunu özündə birləşdirir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.