2014-cü ilin dördüncü rübündə internetdə dörd milyon yeni domen adı qeydiyyatdan keçib və onların sayı 288 milyona çatıb. Lent.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, dünyada domen adlarının illik artımı 16,9 milyon və ya 6,2 faiz artıb.
2013-cü ildə yeni domenlərin illik hesablamada artımı 18,5 milyon ad və ya 7,3 faiz, 2012-ci ildə 26,6 milyon və ya 11,8 faiz olub.
2014-cü ilin dördüncü rübündə ".COM” və “.NET” qeydiyyatçılarının ümumi bazası 130,6 milyon domen adı təşkil edib. İl ərzində artım 2,7 faizə (8,2 milyon yeni domen) bərabər olub. Analoji artım 2013-cü ildə də müşahidə edilib. Maraqlıdır ki, 2012-2011-ci illərdə bu göstərici müvafiq olaraq 8 və 7,9 milyona bərabər olub.
Qeydiyyatdan keçən adların sayına görə ən böyük domen zonalarında vəziyyət üçüncü rüblə müqayisədə bir qədər dəyişib. Belə ki, “.NL” (Niderland) domeni ".info” domeninin ən böyük domenlər reytinqinin aşağı pilləsinə yerini dəyişməsi nəticəsində onuncu yerdən doqquzuncu yerə enib.
Yüksək səviyyəli 10 böyük domenlərin sayından ".TK” rüblük hesablamada 4 faizlik sürətli artım nümayiş etdirib.
2014-cü ilin dördüncü rübünün sonunda özək zonada 478 yeni domen yaranıb ki, onun da 65-i həmin ilin dördüncü rübü ərzində verilib. Yeni yüksək səviyyəli domendə qeydiyyatların sayı 3,6 milyon və ya qeydiyyatın ümumi sayının 2,3 faizini təşkil edib.