Bakı, 17 mart, AZƏRTAC 
Şəmkir şəhərində yerləşən “Westgate” ticarət cərgəsi "Trade Market" MMC ilə "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memoranduma əsasən “Trade Market” MMC Şəmkirdə yerləşən ticarət cərgəsində SOS Uşaq Kəndlərinə dəstək məqsədilə 6 ədəd ianə qutusunun yerləşdirilməsini təmin edib. İanə qutuları ticarət cərgəsində yerləşən “Makromart”, “Romantic”, “Koton” mağazalarında quraşdırılıb.
Görüşdə gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub, Şəmkirdə "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyasının icra etdiyi "Ailələlərə Dəstək Layihəsi"nin icrasının mümkünlüyü barədə danışıqlar aparılıb.