Naxçıvan, 17 mart, AZƏRTAC
Muxtar respublika iqtisadiyyatının şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 41 milyon 469 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ixracın həcmi son bir il ərzində 1,9 faiz artaraq 36 milyon ABŞ dollarını ötüb, idxalın həcmi isə 74,1 faiz azalaraq 5 milyon 329 min ABŞ dolları həcmində olub. Xarici ticarət üzrə 30 milyon 812 min ABŞ dollarına yaxın həcmdə müsbət saldo yaranıb.