Akalın Heydər Əliyev sarayında konsert verəcək
Türkiyənin məşhur müğənnisi Demet Akalın Azərbaycana gəlir.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Akalın bu barədə rəsmi İnstagram səhifəsində yazıb.

Səhifədə fotosunu yerləşdirən müğənni mayın 1-də Bakıda Heydər Əliyev sarayında konsert verəcəyini qeyd edib.

Akalın konsertlə bağlı əlavə məlumat verməyib.

Milli.Az