Türkiyənin "TV8" tele-kanalından yayımlanan "İşte Benim Stilim" yarışmasına azərbaycanlı model də qatılıb.

ANS PRESS-in məlumatına görə, münsiflər Nur Yerlitaş, İvana Sərt və Kemal Doğulu 22 yaşlı Ayla Məmmədovanın yarışmaya qatılmasına "hə" deyib.

Nur Yerlitaş Ayla Məmmədovanın çantasını bəyənmədiyini desə də paltarının rənginə uyğun olduğunu bildirib. Kemal Doğulu azərbaycanlı manekenin müsbət bir enerjisi olduğunu söyləyib.

Aparıcı Acunun suallarını cavablandıran Ayla Məmmədova Bakıdan gəldiyini və 2 ildir Türkiyədə olduğunu, hazırda İstanbulda yaşadığını deyib. Manekenlik təcrübəsi olan Ayla Məmmədova hələlik hər hansı bir işdə işləmədiyini deyib.

Ayla Məmmədovanın fiziki göstəricilər belədir:

Yaş: 22

Göz rəngi: Qəhvəyi

Ten rəngi: Ağ

Boyu: 175

Çəki: 53

Xarici Dil: Rus

Təhsil: lisey məzunu

Mənbə
ANS PRESS