Azərbaycan və Qətər arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Z.Məmmədov Azərbaycan iqtisadiyyatının inkişafından, həyata keçirilən irimiqyaslı islahatlardan, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən, o cümlədən ölkəmizin yol-nəqliyyat sektorundakı yeniliklərdən, həmçinin reallaşdırılan regional layihələrdən danışıb. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən Z.Məmmədov bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini bildirib. Nəqliyyat sektorunu əhatə edən sahələr barədə ətraflı məlumat verən nazir bu istiqamətdə Qətərlə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın hər iki dövlətin nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulayıb.
Azərbaycanda nəqliyyat sektorunda qazanılan uğurlardan xəbərdar olduğunu, müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını qeyd edən Qətər Dövlətinin nəqliyyat naziri ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu diqqətə çatdırıb.
Görüşdə, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri, Qətər şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirak imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08