[ 16 Mart 2015 21:35 ]


Bakı-APA. Əfqanıstanın Qilmend əyalətində terror aktı törədilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  nəticədə azı 4 nəfər ölüb,  5  nəfər xəsarət alıb.

 

Məlumata əsasən, terrorçu-kamikadze təhlükəsizlik qüvvələrinə məxsus blok-postda partlayıcı maddəni işə salıb. Həlak olanlardan 2 nəfər asayiş keşikçiləridir.

 

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.