ANS PRESS-in məlumatına görə, bu haqda informasiya Kiyevin məşhur daşınmaz əmlak şirkətinin saytında çıxıb.
Aleksandr Avakov 2014-cü il mayın 30-da atasının daxili işlər naziri postuna təyinatından cəmi üç ay sonra Protasov 8 küçəsində yerləşən elit mənzilin sahibi olub. Altı otaqlı mənzilin ümumi ərazisi 375 kv. metrdir. Bu kompleksdə mənzillərin kvadratı 3 min dollara satılır.
Arsen Avakov vaxtı ikən Xarkovşininin ən böyük biznesmenlərindən biri olub. Onun çay ticarəti ilə məşğul olduğu, həmçinin "Seylon"da bir neçə tarlaya malik olduğu bildirilir. Onun 25 yaşlı oğlu Aleksandrın atasına məxsus "İnvestor" firmasının səhmdarı olduğu qeyd edilir.
2014-cü ildə Aleksandr Avakov hərbi xidmətə çağırılmadığına görə ictimaiyyətin tənqidlərinə tuş gəlib.
Buna görə 2014-cü il avqust ayında nazirin oğlu sosial şəbəkədə paytaxt milisinin əməkdaşlarından ibarət olan "Kiyev-1" batalyonunun döyüşçüləri ilə birlikdə çəkilmiş bir neçə şəkil yaymışdı.
MənbəANS PRESS