"Report"un Komissiyanın saytına istinadən verdiyi məlumata görə, nəticələr martın 16-da saat 17:00-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Peşə liseyləri şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
|
Təhsilin səviyyəsi | Qiymət | Fənlər üzrə düzgün cavabların sayı | |||
|
Ana dili (Azərbaycan bölməsi) |
Ana dili (rus bölməsi) | Riyaziyyat | Xarici dil/Kimya | ||
| Tam orta | 2 | 0-7 | 0-7 | 0-7 | 0-5 |
| 3 | 8-17 | 8-17 | 8-16 | 6-15 | |
| 4 | 18-25 | 18-25 | 17-24 | 16-24 | |
| 5 | 26-30 | 26-30 | 25-30 | 25-30 | |
Peşə liseylərinin şagirdlərinin imtahan nəticələri aşağıda qeyd olunmuş cədvəldə təqdim olunur:
| Qiymət | Ana dili | Riyaziyyat | İngilis dili | Alman dili | Rus dili | |||||
| sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | |
| [ 2 ] | 1519 | 31.51 | 2797 | 58.02 | 1801 | 41.82 | 4 | 33.33 | 191 | 38.05 |
| [ 3 ] | 3118 | 64.68 | 1885 | 39.10 | 2464 | 57.21 | 8 | 66.67 | 269 | 53.59 |
| [ 4 ] | 175 | 3.63 | 130 | 2.70 | 41 | 0.95 | 0 | 0.00 | 28 | 5.58 |
| [ 5 ] | 9 | 0.19 | 9 | 0.19 | 1 | 0.02 | 0 | 0.00 | 14 | 2.79 |
| Cəmi | 4821 | 100.00 | 4821 | 100.00 | 4307 | 100.00 | 12 | 100.00 | 502 | 100.00 |