Lerik, 16 mart, AZƏRTAC
Martın 16-da Lerik şəhərində Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə bayram satış yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən müxtəlif çeşiddə çərəzlər satışa çıxarılıb. Alıcılara təklif olunan məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı satılır.
Rayon sakinləri yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətindən və qiymətlərdən razı olduqlarını bildiriblər.
Novruz bayramı ilə əlaqədar rayondakı şəhid ailələrinə, ikinci Dünya müharibəsinin iştirakçılarına, Qarabağ müharibəsi əlillərinə, aztəminatlı ailələrə bayram sovqatları verilib.
