Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyində Novruz bayramı münasibətilə tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə liseyin direktoru, professor Qasım Hüseynov Azərbaycan xalqının milli bayramı olan Novruzla bağlı maraqlı fikirlər səsləndirib, bayram münasibətilə liseyin kollektivini təbrik edib.
Sonra lisey direktorunun müavini Məleykə Bayramovanın rəhbərliyi ilə hazırlanmış proqram nümayiş olunub.
Liseyin beşinci sinif şagirdləri maraqlı səhnəсiklər göstəriblər. Tədbirdə bahar bayramına həsr olunan şeirlər səsləndirilib, rəqslər ifa edilib.
