Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizdə Qurani-Kərimin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) çap olunmasının vacibliyi, bunun üçün mövcud imkanlar və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası ilə nəşr olunması nəzərdə tutulub.
Səmyar Abdullayevə brayl əlifbası ilə çap olunmuş Qurani-Kərim hədiyyə edilib.