Bakı, 16 mart, AZƏRTAC
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlahə Hüseynova və qurumun hüquqşünası Ülviyyə Həsənova Bakı Dövlət Universiteti (BDU) jurnalistika fakültəsinin tələbələri ilə görüşüblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültənin beynəlxalq jurnalistika kafedrasının müəllimləri İlham Mazanlı və Arzu Məmmədovanın tədris etdikləri beynəlxalq humanitar hüquq və jurnalistika fənni üzrə dərsdə iştirak edən qonaqlar tələbələrə BQXK-nın fəaliyyəti, iş prinsipləri, gördüyü işlər, o cümlədən qurumun Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb, sualları cavablandırıblar.