Son 3 ayda “İş yerinə dair arayış” e-xidməti vasitəsilə 40 minə yaxın şəxsə iş yerinə dair elektron arayış verilib
Bakı, 16 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən il dekabrın əvvəllərində istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti vasitəsilə cari ilin 1 mart tarixinədək 39 min 281 vətəndaşa iş yerinə dair elektron arayış verilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar “İş yerinə dair arayış” elektron xidmətindən istifadə etməklə, iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün e-arayış əldə edə bilərlər. Bunun üçün işəgötürənə müraciət edilməsinə artıq ehtiyac qalmır. İş yerinə dair verilən elektron arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar da əhatə olunur. Arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə oluna bilər.
Xatırladaq ki, dövlət başçısının 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, ƏƏSMN tərəfindən ötən ilin ortalarından əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə başlanılıb. Sistemdə əmək müqavilələri, onların tərəfləri olan işçi və işəgötürənlərlə bağlı formalaşan dolğun məlumat bazası əsasında “İş yerinə dair arayış” elektron xidməti istifadəyə verilib ki, hazırda bu e-xidmət vətəndaşların “Elektron hökumət” portalı üzərindən ən çox istifadə etdikləri elektron xidmətlərdən biridir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25