ANS PRESS-in məlumatına görə, bu, Sergey Lavrov barədə təqdim edilən rəsmi məlumatlardan çox fərqlənir. Rəsmi məlumatlara görə, Sergey Lavrov 1950-ci il martın 21-də Moskvada anadan olub, milliyyətcə rusdur.
Amma erməni mənbələrinin iddiasına görə, onun ilkin soyadı Kalantaryandır və 1950-ci ildə Tiflisdə Ararat küçəsində anadan olub. Onun hətta Tiflisdə 93 saylı məktəbə getdiyi iddia edilir. Ermənilərin iddiasına görə, daha sonra atası ilə anası boşandığına görə, Sergeyin ailəsi Moskvaya köçüb və o, anasının yeni ərinin soyadına keçib.

Mənbə
ANS PRESS