Bakı, 16 mart, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) respublika ali məktəblərinin “SABAH” qruplarının müəllimləri üçün treninq təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, treninqdə “GDG professional” şirkətinin direktoru Gülzar Quliyeva “İdarəetmə” mövzusunda təqdimatla çıxış edib. O, təqdimatında müasir tələbənin müəllimlərdən gözləntiləri, sovet dövrü və müasir müəllimlər arasında fərqli cəhətlər, tələbələrin idarə olunması, stereotiplər, kompleksləri yaradan səbəblər və onların aradan qaldırılması yolları, müasir müəllim-tələbə münasibətlərində çatışmayan cəhətlər barədə danışıb.
Təqdimat maraqlı diskussiya ilə başa çatıb.