Moldovada Azərbaycan mədəniyyətinə həsr olunan tədbir keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Moldovanın Kişineu şəhərində UNESCO üzrə Azərbaycan və Moldova respublikalarının Milli komissiyaları tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə həyata keçirilən “Bir-birimizi duyaq və dinləyək” layihəsinin nəticələri ilə bağlı Azərbaycana həsr olunan tədbir keçirilib.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində Azərbaycan xalq nağıllarına moldovalı uşaqların çəkdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil olunub, həmçinin Moldovanın dövlət dilində “Azərbaycan nağılları moldovalı uşaqların gözü ilə” kitabının təqdimat mərasimi keçirilib.
Layihə 2014-cü ildən UNESCO üzrə Azərbaycan və Moldova respublikalarının Milli komissiyaları və Azərbaycanın Moldovadakı səfirliyinin iştirakı ilə baş tutub. Məqsəd Azərbaycan incəsənəti və milli mənəvi dəyərlərinin təbliğ olunması, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, eləcə də iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir.
Moldovanın mədəniyyət və turizm naziri Monika Babuk layihənin əhəmiyyətindən, Moldova-Azərbaycan münasibətlərinə, xalqlarımız arasında olan dostluq əlaqələrinin möhkəmləndirilməsinə təsirindən danışıb.
Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və UNESCO üzrə Moldova Milli Komissiyasının baş katibi Konstantik Rusnak tədbirdə çıxış edərək iştirakçılara həyata keçirilən layihə haqqında geniş məlumat veriblər. Onlar layihənin Azərbaycan-Moldova münasibətlərinin inkişafına dəstək verdiyini və gələcək əməkdaşlıqlar üçün stimul yaratdığını vurğulayıblar.
Tədbirdə, həmçinin UNESCO üzrə Moldova Milli Komissiyasının baş katibinin müavini Luminiça Drumya, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, Rusiya Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədov, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri, Azərbaycan Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxış edib. Tədbir çərçivəsində qonaqlar UNESCO-nun əhatə etdiyi müxtəlif istiqamətlər üzrə bir sıra ikitərəfli görüşlər də keçiriblər.
UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə daxil olan Moldovanın 8 lisey, gimnaziya və məktəblərinin yer aldığı tədbirdə 500-ə yaxın məktəbli iştirak edib. Şagirdlər tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və təbiəti ilə bağlı müxtəlif teatr tamaşaları nümayiş etdirilib. Layihədə fərqlənən məktəblərə və şagirdlərə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası adından müxtəlif hədiyyələr təqdim olunub. Həmçinin UNESCO üzrə Moldova Milli Komissiyası tərəfindən səfir N.Əliyev “Moldova və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və UNESCO ideyalarının təşviq edilməsində böyük töhfələrinə görə” medalı ilə təltif edilib.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi G.Əfəndiyeva və səfir N.Əliyev Moldova dövlət televiziyasının qonağı olub, tədbirin əhəmiyyəti və Azərbaycan-Moldova münasibətlərindən danışıblar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50