Azərbaycan, Bakı, 16 mart /Trend/

Bu gün Bakı Dövlət Universitetinin «Gənc istedadlar» liseyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

BDU-dan Trend-ə verilən məlumata görə, tədbiri liseyin direktoru, professor Qasım Hüseynov açaraq, Novruzla bağlı maraqlı fikirlər səsləndirib, bayram münasibətilə liseyin müəllim-şagird kollektivini təbrik edib.

Sonra liseyin təşkilati işlər üzrə direktor müavini Məleykə Bayramovanın rəhbərliyi ilə hazırlanmış proqram nümayiş olunub.

Liseyin 5-ci sinif şagirdlərinin təqdimatı ilə maraqlı səhnəсiklər göstərilib, Bahar bayramı ilə bağlı şeirlər səsləndirilib, rəqslər nümayiş olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az