Bakının qonağı olan türkiyəli müğənni Soner Sarıkabadayı sənətçi Röya Ayxanla dostluqlarından danışıb.
Axşam.az-ın məlumatına görə, bu haqda “Onlar”da xəbər verən Soner yeni işbirliklərindən də bəhs edib:
“Aramızı heç kim vura bilməz. Röya kimi qəlbi ilə gözləri bir olan insanla mehriban olmamaq mümkün deyil. Ürəyində nə varsa, üzündə əks olunub. Röya həyatımda olduğu üçün çox şanslıyam. Onunla işbirliyimiz davam edəcək. “O konu” adlı mahnımız var. Gözləyirik, Röya Türkiyəyə gəlib, mahnını oxusun. Gözəl alınacağına inanıram”.