Göygöl, 16 mart, AZƏRTAC
Göygöl rayonunda yaşıllaşdırma aylığına start verilib. Rayonun idarə və təşkilatlarının kollektivləri, eləcə də sakinlər irəli sürülən bu təşəbbüsə böyük həvəslə qoşulublar.
Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova AZƏRTAC-a deyib ki, aksiyanın birinci günü rayonun Heydər Əliyev prospektində 500-ə yaxın yerli iqlim şəraitinə uyğun müxtəlif növ ağac əkilib, yaşıllıqların suvarılması üçün yeni su xətti çəkilib.
Yaşıllaşdırma aylığı çərçivəsində 67 minə yaxın ağacın əkilməsi nəzərdə tutulur.