Gəncədə qısqanclıq zəminində bıçaqlanma hadisəsi qeydə alınıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 15-də törədilib.

Gəncə şəhər sakini Rüstəm Sadıqov və Göygöl rayon sakini Şirxan Abdullayev bir-birinə bıçaqla xəsarətlər yetiriblər.

Onlar hər ikisi xəstəxanaya yerləşdiriliblər.


Kəpəz RPİ tərəfindən hadisənin təfərrüatları araşdırılır.
Mənbə
ANS PRESS