Aylardan bəri çay sahillərindəki kənd və qəsəbələrdəki ev heyvanlarını, o cümlədən itləri ovlayaraq parçalayan və yeyən nəhəng timsah tutulub.
Avstraliyanın Şimal əyalətində, Dali çayında tutulmuş timsahın uzunluğu 4,38 metrdir.
İlin əvvəlindən bəri bu bölgədə artıq 58 timsah tutulub.
Dali çayında tutulmuş nəhəng timsah isə Nuunamadakı Darvin Timsah Fermasına (Darwin Crocodile Farm) aparılıb.
Milli.Az NT News-a istinadən bildirir ki, "The Parks and Wildlife Crocodile Management"in baş meşəbəyisi Tom Nikolsun dediyinə görə, onlar nəhəng timsahı iki həftə ərzində ələ keçirməyə çalışıblar.
"Bu həftələr ərzində timsah təxminən 500 kq əti yesə də, hər dəfə aradan çıxa bilirdi. Axırda ona içində yuxu dərmanı olan ət verdik və yırtıcını tuta bildik", - T.Nikols bildirib.
Milli.Az

