"Report"un xəbərinə görə, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb.
Belə ki, Biləsuvar rayon sakini Elmar Hümmətli Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində kirayədə yaşadığı evdə qısqanclıq zəminində qeyri-rəsmi nigah münasibətlərində olduğu Gəncə şəhər sakini L.Əliyevaya bıçaqla xəsarət yetirib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hümmətli tutulub. Faktla bağlı araşdırma aparılır.