Biləsuvar rayon sakini qısqanclıq zəminində birgə yaşadığı qadına bıçaqla xəsarət yetirib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 15-də Biləsuvar rayon sakini Elmar Hümmətli Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində kirayədə yaşadığı evdə qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Gəncə şəhər sakini Leyla Əliyevaya bıçaqla xəsarət yetirib.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hümmətli tutulub. Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS