Robert Prosineçki: "Maltaya qarşı oynayanların 95 faizi öz klublarının əsas heyət üzvləri olacaq"
O bildirib ki, qarşıdakı oyun üçün heyəti martın 19-da açıqlayacaq. R.Prosineçki toplanışdan öncə - martın 18-də Azərbaycan Premyer Liqasında keçiriləcək növbəti tur qarşılaşmalarında yığmaya çağırmaq istədiyi futbolçuların heç bir problemlə üzləşməyəcəklərinə ümid etdiyini deyib. Baş məşqçi Malta ilə qarşılaşmada qələbə üçün əllərindən gələni edəcəklərini açıqlayıb: "Fevralın sonlarında keçirdiyimiz toplanışda komanda ilə tanış oldum. Həmin vaxt ilk dəfə bir araya gəldik. Öz futbol fəlsəfəmi futbolçulara çatdıra bildik. Düzdür, 6 gün az vaxt idi. Amma imkan daxilində futbolçularla çoxlu fərdi söhbət apardıq. Qarşıdakı toplanışda isə əlimizdən gələni edəcəyik ki, martın 28-də doğma azarkeşlər önündə yaxşı oyun sərgiləyək. Bütün komandamız - oyunçular, məşqçilər və özüm qələbə üçün mübarizə aparacağıq. Bütün azarkeşlər bizdən bunu gözləyirlər".
Xorvatiyalı mütəxəssis yığmaya çağıracağı futbolçular arasında yaş amilinə önəm verməyəcəyini də əlavə edib. O, yaxşı formada olanları meydana buraxacağını açıqlayıb: "Həmişə demişəm ki, yaş mənim üçün önəmli deyil. Martın 28-də meydana yaxşı formada olan 11 futbolçu çıxacaq. Birinin 17, digərinin 28 yaşının olmasının mənim üçün fərqi yoxdur. Önəmlisi odur ki, oyunçu yaxşı formada olsun. Əsas heyətdə meydana çıxanların 95 faizi öz klublarında daim çıxış edənlərdən ibarət olacaq".
R.Prosineçki Türkiyə "Kayserispor"unun əsas heyətində meydana çıxmağa başlayan qapıçı Kamran Ağayevi də yığmaya çağıracağını əlavə edib: "Bəli, Kamranı çağıracağam. Onun son 2 qarşılaşmada meydana çıxmasına şadam. Ümidvaram ki, daim oynayacaq. Ağayevi milliyə çağıracağıq. Amma onu da nəzərə almalıyıq ki, son aylarda Türkiyə Kubokunda 1, I Liqada isə 2 matçda meydana çıxıb. Oyun təcrübəsi tam çatışmır. Milliyə çağırıb baxacağıq".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta matçı saat 21:00-da başlanacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50