Astara rayon sakini Mehdi Kərimovun yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü il mayın 17-də Salyan rayonu ərazisində Qızqayıt Gözəlovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü müəyyən edilib. Məlum olub ki, bu, “MAN” markalı avtomobilin sürücüsü - Astara rayon sakini Mehdi Kərimovdur.

 

Araşdırmalar davam etdirilir.