Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda Avstraliya vətəndaşına qarşı soyğunçuluq etmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 7-də Avstraliya vətəndaşı Dunlop Anryuv Rolandın soyğunçuluq yolu ilə 150 manatı və sənədləri alınıb. Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Yevlax rayon sakini Namaz Bəkirov tutulub.

Qeyd edək ki, N.Bəkirov əvvəllər məhkumluq həyatı yaşayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az