“Yaşıl Marafon”un ikinci mərhələsinə start verilir
Bakı, 16 mart, AZƏRTAC
Məlum olduğu kimi, 2014-cü il noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu”na (“Yaşıl Marafon”) start verilib.
Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, marafonun ilk mərhələsi (payız əkin mövsümü – 2014-cü ilin noyabr ayında) ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan Respublikasının 76 rayon və şəhər icra hakimiyyətinin, özəl sektor nümayəndələrinin və vətəndaşların iştirakı ilə qısa müddətdə ölkə ərazisində 800 minə yaxın ağac əkilib.
IDEA İctimai Birliyi yaz əkin mövsümünün gəlişi ilə əlaqədar “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun ikinci mərhələsinə başlandığını elan edir və bütün maraqlı təşkilatları bu layihədə iştiraka dəvət edir.
Marafonun gedişi IDEA İctimai Birliyinin internet səhifəsində (http://ideacampaign.org/green_marathone/) mütəmadi olaraq işıqlandırılmaqda davam edəcək və müxtəlif şəhər və rayonlarda əkilən ağacların sayı, ünvanı, şəkilləri və digər məlumatlar həmin internet səhifəsində yerləşdiriləcək.
“Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun bu ilin may ayının əvvəlində başa çatması planlaşdırılır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33