Bakı, 16 mart, AZƏRTAC
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, martın 16-dan martın 18-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.