Rusiyanın məşhur teleaparıcısı və jurnalisti Kseniya Sobçak Rusiyanı tərk edib.

ANS PRESS-in məlumatına görə, Sobçak öz rəhbərliyi ilə nəşr edilən "L`Officiel" jurnalının ilk buraxılışının şərəfinə keçirilən şam yeməyində bu haqda danışıb. "Mən bu şam yeməyi kimi "Evlilik" tamaşasının premyerasını da təxirə sala bilməzdim. Amma elə sabah bir müddətliyinə Rusiyanı tərk edəcəm", - deyə "Kommersant" Sobçakın sözlərindən sitat gətirib.

Qeyd edək ki, bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələri yazmışdı ki, guya Kseniya Sobçak rusiyalı müxalifətçi Boris Nemtsovun ölümündən sonra təhdid edilib. Bundan başqa, "güllələnəcəklər siyahısı" adlı bir siyahının mövcud olması haqqında da şayiələr yayılmışdı. Bəziləri həmin siyahının Rusiya prezidenti Vladimir Putinə təqdim edildiyini də bildirilib. Putinin mətbuat-katibi Dmitri Peskov isə isə bu cür şayiələri cəfəngiyat adlandırıb.
Mənbə
ANS PRESS