Uzun müddətdir birlikdə olan müğənni Sinan Akçılla aparıcı-model Ebru Şallı ayrılıblar.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər zaman bir-birlərini çox sevdiklərini deyən cütlük gözlənilmədən münasibətlərini bitirmək qərarına gəliblər.

Ebru Şallı jurnalistlərin məsələ ilə bağlı sualına “Qurtardı, vəssalam”, - deyə cavab verib.