[ 16 Mart 2015 10:05 ]


Ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqon qoşulacaq

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Novruz bayramı günlərində - 20-28 mart tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək.

 

Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

 

N. Əzməmmədov bildirib ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.

 

Eyni zamanda bayramı günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

 

Sərnişin daşımaları departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək.