Mərhum reper Hüseyn Dəryanın ölümündən bir il ötüb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin ilk evliliyindən olan qızı Ayşə və ikinci nikahından dünyaya gələn oğlu Cahangir onun məzarını ziyarət ediblər.

Qeyd edək ki, ötən il martın 14-də H.Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpılıb. Ağır xəsarətlər alan sənətçi martın 15-də, səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Reperin ölümündən bir il ötüb.

Milli.Az