Azərbaycanın Triatlon idman növü üzrə yığması bu ilin ilk qələbəsini qazanıb.

Trend bildirir ki, Misirin Hurqada şəhərində keçirilən Açıq Afrika Kubokunda idmançımız Rostislav Pevstov qələbə qazanaraq ilk uğura imza atdı.

Qeyd edək ki, Rostislav Pevstov Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün öz aktivinə reytinq xalları yazıb.

Bildirək ki, bu, idmançımızın ilk uğuru deyil. Belə ki, triatlonçumuz ötən il Meksikada keçirilmiş Panamerika Kuboku, Çində Asiya Kuboku və Macarıstanda Dünya Kubokunun 2-cisi olub.

Yiğmamızın digər üzvləri Aleksandr Yatsenko Açıq Afrika Kubokunda 6-cı, Kseniya Levkovskaya isə 10-cü yerə layıq görülüblər.

Milli.Az