Almaniya Bundesliqasında XXV turun oyunlarına yekun vurulub. Tur “Bayer” – “Ştutqart” matçı ilə başlayıb. Leverkuzen klubu rəqibə divan tutub – 4:0.

“Bavariya” səfərdə “Verder”in, “Paderborn” “Ayntraxt”ın qonağı olub. Münhen və Frankfurt təmsilçiləri də rəqibini 4 cavabsız qolla məğlub edib.

Dortmund “Borussiya”sı “Köln”lə üz-üzə gəlib. Qarşılaşma qalib müəyyənləşməyib. Matç 0:0 hesabı ilə başa çatıb.

Turun son oyun günündə “Volfsburq” “Frayburq”la qarşılaşıb. Meydan sahibləri rəqibini 3 cavabsız qolla məğlub edib.

Münhenqladbax “Borussiya”sı isə “Hannover”lə üz-üzə gəlib. Bu görüşdə də qonaqlar evə əli boş gedib. Matç 2:0 hesabı ilə Münhenqladbax klubunun qələbəsi ilə başa çatıb.


Almaniya Bundesliqası

XXV tur

13 mart

"Bayer” – “Ştutqart” - 4:0

Qollar: Vendell, 32, Drmiç, 36; 59, Bellarabi, 50



14 mart

“Auqsburq” – “Maynts” - 0:2

Qollar Okazaki, 32, Koo Ja-Keol, 90



“Ayntraxt” – “Paderborn” - 4:0

Qollar: Meyer, 27, Stendera, 42, Ayqner, 55, Valdes, 82



“Herta” – “Şalke” - 2:2

Qollar: Ben Hatyra, 21, Haraquki, 82 – Sane, 40, Matip, 90



“Hoffenhaym” – “Hamburq” - 3:0

Qollar: Polanski, 22-pen; 81, Rudi, 88



“Verder” – “Bavariya” - 0:4

Qollar: Müller, 24, Alaba, 45, Levandosvski, 76; 90+1



"Borussiya” D – “Köln” - 0:0


15 mart

“Volfsburq” – “Frayburq” - 3:0

Qollar: de Bruyne, 19, Rodriqes, 78-pen, Arnold, 84


"Borussiya” M – “Hannover” - 2:0

Qollar: Herrmann, 43; 75
Mənbə
Apasport