Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, bu gün axşam saat 21.30 radələrində Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Opel markalı avtomobillə Mercedesin toqquşmasından sonra Opeldə olan bir ailənin 4 üzvü müxtəlif dərəcəli xəsarət alıb. Mercedesin sürücüsü isə qəzadan sonra hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS