Yaponiyanın sabiq baş naziri Yukio Hatoyama Krımın Baş Prokuroru Natalya Poklonskayanın heyranı olduğunu deyib.

ANS PRESS-in məlumatına görə, Krımda səfərdə olan Hatoyama bildirib ki, cazibədar porkurorun gözəlliyinə heyran qalıb.

"Lakin təəssüflər olsun ki, Krımda səfərdə olsam da proqramda onunla görüşüm nəzərdə tutulmayıb", - deyə sabiq baş nazir bildirib.

Hatoyama səfər çərçivəsində yarımadanı gəzib, bir sıra görüşlər keçirib. Görüşlərdə Rusiya-Yaponiya arasında mövcud iqtisadi əlaqələr müzakirə edilib.

Bundan başqa sabiq baş nazirin Krım Federal Universitetində tələbələrlə görüşü olub.
Mənbə
ANS PRESS