Cadillac Cenevrə avtosalonunda avropalılara tamamilə yeni kupe və sedan ATC-V, həmçinin üçüncü nəsil CTS-V modellərini təqdim edib.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Cadillac ATS-V Avropaya bu payız gətiriləcək və sedan 74 900 avroya, kupe isə 77 500 avroya (qiymətlər Almaniya üçündür) təklif ediləcək. Avtomobilin kapotu altında 450 a.g. və 600 Nm fırlanma anı hasil edən 3,6 litrlik tvin-turbo mühərrik yer alıb. O 8 pilləli avtomat ötürücü qutu ilə təchiz edilib. Avtomobil 0-100 km/saat sürətlənməyə 4 saniyə vaxt sərf edir. Yeni model maksimum 299 km/saat sürətlə hərəkət edə bilir.
 
Milli.Az