"Report" xəbər verir ki, yarışda ikinci yeri italiyalı Matias Şteynvandter, üçüncü yeri isə Çexiya idmançısı Premışl Svarç tutub.
Yığmanın digər üzvü Aleksandr İatcenko 6-cı yerlə kifayətlənməli olub.
Triatlon üzrə qadınların yarışında birinci və üçüncü yerlər rusiyalı triatletlər - Arina Şulqinaya və Anastasiya Abrosimovaya, ikinci yer isə ukraynalı Aleksandra Stepanenkoya nəsib olub.







