Mansory tüninq emalatxanası Cenevrə avtosalonunda daha bir superkarın - Lamborghini Huracan modelinin tüninq edilmiş variantını təqdim edib. Tünerlər onu Torofeo adlandırıblar və standart modelin 610 at güclü mühərrikinin gücünü 1000 at gücünədək artırıblar. Avtomobilin adı İtaliya dilindən “toro” (öküz) və “trofeo” (qənimət) sözlərinin birləşməsindən düzəldilib. Bundan başqa Lamborghini ekstremal yarış versiyası buna bənzər - “Trofeo” adlanır.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, tünerlərin hazırladığı yeni karbon asma avtomobilin uzunluğunu öndən 30 mm, arxadan isə 40 mm artırıb. Bundan başqa onlar avtomobildə iri antiqanad və ön qanadlarda hava çəpərləri quraşdırıblar. Torofeo versiyasının damı da karbondan hazırlanıb.
 
Superkarın təkcə gücü deyil fırlanma anı da 560 –dan 1000Nm –dək artırılıb. Modernizə edilmiş avtomobil 0-100 km/saat sürətlənməni 2,7 saniyəyə - adi Huracan –dan 0,5 saniyə tez həyata keçirir. Elektron məhdudlaşdırıcının işə düşəcəyi hədd isə saatda 325 –dən 360 kilometrədək artırılıb.
 
Milli.Az