Ağstafa, 15 mart, AZƏRTAC
IDEA İctimai Birliyinin həyata keçirdiyi Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində Ağstafa rayonunda növbəti ağacəkmə kampaniyası keçirilib.
Rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə keçirilən kampaniya zamanı Bakı-Qazax avtomobil yolunun Ağstafadan keçən hissəsində, Poylu-Gürcüstan avtomobil yolunun kənarlarında, Sadıqlı və Muğanlı meşə massivlərində 9 min 650 ağac əkilib.