Zəlzələnin ən çox hiss olunduğu yer Gümrüdən 10 kilometr məsafədə olub
Ermənistanda zəlzələ olub. Anspress-in məlumatına görə, zəlzələ 3 bal gücündə olub.

Yeraltı təkanlar dünən - martın 14-də qeydə alınıb. Zəlzələnin ən çox hiss olunduğu yer isə Gümrüdən cənub-şərq istiqamətində 10 kilometr məsafədə olub.

Yeraltı təkanların episentri isə 10 kilometr dərinlikdə olub.

Qeyd edək ki, Ermənistanda bu il ərzində artıq bir neçə dəfə zəlzələlər olub. Keçən il dekabrın 31-də 3,1 bal gücündə zəlzələ hiss edilib. Episentrdə isə təkanların gücü 4 bal olub.

Bu il fevralın 23-də isə daha güclü - 3,8 bal gücündə zəlzələ olub. Həmin zəlzələnin 10 kilometr dərinlikdəki episentrində gücü isə 5 bal olub.

Milli.Az