Portuqaliyalı futbolçu Kriştiano Ronaldo "Facebook"da rekorda imza atıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, futbolçunun rəsmi səhifəsi hazırda dünyanın ən çox bəyənilən səhifəsidir (107 milyon 104 min). Ronaldo bununla özündən əvvəlki rekordçu müğənni Şakiranı da geridə qoyub.

Uğurlu futbol karyerası və qalmaqallı sevgi münasibətlərinə görə daim gündəmdə olan futbolçunun əksinə olaraq Şakira futbolçu Pike ilə standart sevgi münasibəti yaşayır. Kriştiano isə iki ay əvvəl rus model İrina Şeykdən ayrılaraq fanatlarının sayını daha da artırmış olub.

"Facebook"da digər futbolçularının fanat sayı isə bu qədərdir: