Bakı, 15 mart, AZƏRTAC
Pakistanın Lahor şəhərində Youhanabad adlı ərazidə iki kilsənin yaxınlığında baş vermiş partlayışlar nəticəsində ən azı 10 nəfər həlak olub, 50 nəfər yaralanıb.
Hər iki partlayış insanların ərazidə sıx olduğu zaman törədilib. Baş vermiş hadisələrlə əlaqədar araşdırma aparılır.