Ermənistanda siyasi fəallara qarşı təzyiqlərin artması cəmiyyətdə böyük narazılığa səbəb olub
Bakı, 15 mart, AZƏRTAC
Ermənistanda siyasi fəallara qarşı təzyiqlərin artması cəmiyyətdə böyük narazılığa səbəb olub. Prezident Serj Sarkisyanın “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanı təhqir etməsindən sonra ölkədə siyasi vəziyyət daha da gərginləşib. Sarukyanı müxtəlif cinayətlərdə günahlandıran prezident ondan siyasətdən çəkilməsini tələb edir. Bu tələbin ardından ölkənin sayca ikinci siyasi qüvvəsi olan “Çiçəklənən Ermənistan” partiyasının sıraları seyrəlməkdə davam edir. Qaqik Sarukyan da partiyanın lideri vəzifəsindən istefa verib. Sabiq xarici işlər naziri Vardan Oskanyan deyib ki, onun “Çiçəklənən Ermənistan” partiyasının sıralarını tərk etməsinə səbəb bu partiyanın erməni cəmiyyətinin ölkəni düzgün, sağlam inkişaf yoluna yönəltmək arzusunu reallaşdıra bilməməsi olub. Gümrünün meri Samvel Balasanyan isə yaydığı bəyanatda öz qərarını partiyanın lideri Sarukyanın sədr vəzifəsindən istefa verməsi və siyasətdən tamam uzaqlaşması ilə izah edir. Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İskandaryan deyib ki, Qaqik Sarukyanın təxminən 10 il bundan əvvəl təsis etdiyi partiyanın sədri vəzifəsini tərk etməsi “Çiçəklənən Ermənistan”ın və erməni müxalifətinin iflasına səbəb olacaq. Politoloq Qaqik Hambaryan isə bildirib ki, Ermənistanda ötən 20 il ərzində partiyaların şəxsiyyət ətrafında deyil, ideya naminə yaradılması mədəniyyəti hələ də formalaşmayıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25