Bakı, 15 mart, AZƏRTAC
İyunun 9-dan 14-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutu və dörd tərəfdaş ölkənin universitet və institutlarının birgə təşkilatçılığı ilə “Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium (SEAB-2015) keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, simpoziumun keçirilməsinin məqsədi bu sahədə alim və mütəxəssisləri, təbiət mühafizəçilərini, ekoloqları, aidiyyəti qurumları bir araya gətirmək, Avrasiyanın mövcud biomüxtəlifliyini müzakirə etmək, zəngin biomüxtəliflik irsinin qorunması istiqamətində fikir mübadiləsi aparmaqdır.
Simpoziumun sonrakı illərdə Türkiyə, Belarus, Qazaxıstan və Rusiyada keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, simpoziuma təqdim olunan məqalələr impakt-faktorlu Beynəlxalq Metabolizm (IJSM) jurnalında nəşr ediləcək.