Almaniya Bundesliqasında XXV turun oyunları keçirilir.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı futbolçu Emil Balayevin komandası "Ayntraxt" da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi doğma meydanda "Paderborn"la qarşılaşıb. Matç 4:0 hesabıyla qapıçımızın komandasının xeyrinə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, Balayevin komandası hazırda 34 xalla 8-ci pillədə qərarlaşıb.
Mənbə
ANS PRESS