Türkiyədə İmralı həbsxanasında həbsdə saxlanılan PKK lideri Abdullah Öcalanın istəyi yerinə gətirilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, 4 ildən çoxdur yanında həbs cəzasını çəkən 5 məhkumun yeri dəyişdirilib. Həmin məhkumların Öcalanın istəyi üzərinə İmralıdan kənarlaşdırıldığı, onların yerinə isə 4 PKK-lının gətirildiyi məlum olub.
PKK-lı məhkumlar helikopter vasitəsi ilə İmralı həbsxanasına gətirilib.
Milli.Az